Qubad İbadoğlunun ofisində axtarış aparıldı – Rəsmi + YENİLƏNİBbackend

Qubad İbadoğlunun ofisində axtarış aparıldı - Rəsmi + YENİLƏNİB

Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyənin Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Bildirilib ki, tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib:

“Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb. Hazırda tədbirlər davam etdirilir”.

***

 20:02

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun ofisində axtarış aparılır.

KONKRET.az-ın xəbərinə görə, bu barədə onun müavini Ədalət Yusubov məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*