Qubada evdən oğurluq edən şəxs saxlanıldı – FOTObackend

Qubada evdən oğurluq edən şəxs saxlanıldı - FOTO

DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupundan KONKRET.az-a verilən məlumata görə, rayonun Zizik kənd ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən məişət əşyaları və avadanlıqları oğurlayan şəxs saxlanılıb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Zülfüqar Bayramov olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, evə gecə saatlarında qanunsuz olaraq daxil olduğunu, oradan oğurladığı məişət əşyalarının və avadanlıqların bir qismini yaşadığı evdə saxladığını, digər bir qismini isə dəyərindən ucuz qiymətə satdığını deyib.

Polis əməkdaşları tərəfindən Zülfüqar Bayramovun evində saxladığı, eləcə də satdığı əşya və avadanlıqların yeri müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.

Faktla əlaqədar Quba RPŞ-də cinayət işi açılıb. Zülfüqar Bayramovun başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*