Qubada kişi keçmiş arvadını öldürdü – Sonra intihar etdibackend

Qubada kişi keçmiş arvadını öldürdü - Sonra intihar etdi

Qubada qətl hadisəsi baş verib.

KONKRET.az-ın şimal bürosu xəbər verir ki, hadisə rayonun Paşaoba kəndində qeydə alınıb. Kənd sakini Xudamov İlham Əziz oğlu həyat yoldaşı Xudamova Sara Şair qızını qətlə yetirib. Daha sonra damarlarını kəsərək intihar edib.

Onların bir müddət öncə boşandıqları və məhkəmənin hökmü ilə əmlakın ər və arvad arasında bölündüyü bildirilir. Ayrıldıqdan sonra cütlük bir evdə yaşayıb.

Onların birgə nikahdan 3 övladı var.

Faktla bağlı araşdırma aparılır.

Emin Kərimov,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*