Qubada paraşütçü faciəvi şəkildə öldübackend

Qubada paraşütçü faciəvi şəkildə öldü

Quba rayonunda paraşütçü uçuş zamanı qəza edib.

KONKRET.az xəbər verir ki, hadisə dünən rayonun Qırız Dəhnə kəndində baş verib.

Belə ki, uzun müddət həvəskar şəkildə “skydive” idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.

Hadisə nəticəsində paraşütçü sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı xəsarəti nəticəsində yaranan travmatik şokdan ölüb.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*