Qüdsdə yəhudilər erməni kilsəsinə tüpürdübackend

Qüdsdə yəhudilər erməni kilsəsinə tüpürdü

Qüdsdə ortododsal yəhudilər şəhərin erməni məhəlləsində yerləşən kilsəyə tüpürüb.

KONKRET.az xəbər verir ki, bu barədə Qüdsdəki erməni icmasının fəalı Geqam Balyan məlumat yayıb.

Onun sözlərinə görə, yəhudi gənc Şavuot bayramı zamanı gecə saatlarında həmin ərazidən keçərkən kilsənin həyətinə tüpürüb.

Balyan yaxınlaşıb, ondan ərazini tərk etməyi tələb etsə də, “Bura bizim ölkəmizdir, harda istəsək, dura bilərik” cavabını alıb.

Mübahisə zamanı onlara avtomobillə daha bir yəhudi gənc yaxınlaşıb və nə baş verdiyini soruşub. Balyan vəziyyəti ona izah etdikdə, gənc başını maşının pəncərəsindən çıxararaq kilsəyə tərəf tüpürüb və deyib: “Bəs, buna nə deyirsən?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*