Prokurorluq adları açıqlanmayan iki nəfəri “Quran”dan qeyri-münasib istifadədə” ittiham edib.
KONKRET.az xəbər verir ki, Danimarka prokurorları 2023-cü ildə bir sıra oxşar hərəkətlərdən sonra qəbul edilən “Quran”a hörmətsizliyi qadağan edən qanun çərçivəsində ilk ittihamları açıqlayıb. Bu barədə Danimarka prokurorluğunun saytında yayılan məlumatda qeyd edilir.
Adı açıqlanmayan iki nəfər 2024-cü ilin iyununda Bornholm adasında keçirilən festivalda “Quran”dan sui-istifadə etməkdə” günahlandırılır.
Prokurorluq bu hadisəni çox sayda insanın izlədiyini qeyd edib. Video çəkiliş və “Facebook”da canlı yayımla da yayımlanıb. İşlə bağlı başqa təfərrüat verilməyib, lakin məhkəmədən müttəhimin cərimə ilə cəzalandırılması istəniləcək.
Xatırladaq ki, İsveçdə ilk dəfə olaraq bir vətəndaş “Qurani-Kərim”in yandırılması zamanı “nifrət nitqindən istifadə” ittihamı ilə mühakimə olunub.
Danimarkada İncil və “Quran”ın yandırılması qadağan edilib.//Lent.az