Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 600-cü oyununu keçirib.
KONKRET.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley matçı Premyer Liqanın XXIV turuna təsadüf edib.
“Qəbələ” ilə səfərdəki qarşılaşmada Ağdam təmsilçisi Qurbanovun baş məşqçiliyi dövründəki yubiley oyununda 2:0 hesabı ilə qalib gəlib.
50 yaşlı mütəxəssisin bu vəzifəyə təyin olunduğu 2008-ci ilin yayından indiyədək bütün turnirlərdə baş tutan ümumilikdə 600 matçda “Qarabağ” 337 qələbə qazanıb.
“Köhlən atlar” 153 dəfə heç-heçəyə imza atıb, 110 dəfə məğlubiyyətlə üzləşib.