Avropa Liqasının 1-ci turu çərçivəsində “Tottenhem”lə qarşılaşmaq üçün Londona səfər edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova xüsusi sürpriz edilib.
KONKRET.az xəbər verir ki, Britaniya Azərbaycanlıları Assosiasiyası təcrübəli mütəxəssissə Azərbaycan futbolunun dünyada tanıdılmasında müstəsna xidmətlərinə görə hədiyyə təqdim edib. Təşkilatın sədri Hafiz Baxşəliyev Qurbanova Londonda yaşayan azərbaycanlı rəssam Gülnarə Əbilovanın çəkdiyi rəsmi təqdim edib.
Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” matçı bu gün saat 23:00-da baş tutacaq.
/publika.az