Avqustun 15-də Ermənistan Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
KONKRET.az “NEWS.am” istinadən xəbər verir ki, iclasın gündəliyinə Ermənistan parlamentinin deputatına mandat verilməsi məsələsi daxil edilib.
Mənbənin məlumatına görə, avqustun 13-də MSK deputat Qurgen Arsenyanın səlahiyyətlərinə xitam verilməsini tanıyan protokolu alıb.
Parlamentin “Vətəndaş müqaviləsi” partiyasının seçki siyahısından seçilmiş və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş deputatın mandatı partiyanın seçki siyahısında növbəti namizədə – Armenuhi Kazaryana verilib.
Xatırladaq ki, bu gün Qurgen Arsenyan Ermənistanın Rusiyadakı səfiri təyin edilib.
Natiq Səlim,
Konkret.az