“İsrailin Qəzza zolağında quru əməliyyatı Yaxın Şərq üçün fəlakətli nəticələrə səbəb ola bilər”.
KONKRET.az xəbər verir ki, Səudiyyə Ərəbistanı hakimiyyəti ABŞ-a qarşı belə bir xəbərdarlıqla çıxış edib.
Bundan əvvəl İsrail ordusunun sözçüsü Daniel Həcəri İsrailin Qəzzada quru əməliyyatlarının genişləndiyini bildirmişdi.
Ağ Evdən verilən açıqlamaya görə, ABŞ prezidenti Co Bayden İsraillə Qəzza zolağı arasındakı müharibədə yeni hadisələrlə bağlı məlumatlandırılıb.
KİV-lər İsrail tanklarının Qəzza zolağının şimalına daxil olduğunu xəbər verir.
Burhan,
KONKRET.az