Quru sərhədlərlə bağlı daha bir AÇIQLAMA: “Hələ də bağlı qalması…”backend

Quru sərhədlərlə bağlı daha bir AÇIQLAMA: "Hələ də bağlı qalması..."

Yay fəslinin başlanması və qarşıdan gələn bayram günləri ilə əlaqədar ölkə üzrə bir çox otellərdə qiymətlərdə ciddi artım müşahidə olunur. Bəs bu artımın səbəbi nədir?

Mövzu ilə bağlı İqtisadçı ekspert Natiq Cəfərli KONKRET.az-a açıqlamasında bildirib ki, bayram günlərində vətəndaşların istirahət məqsədilə regionlara üz tutması qiymətlərin artmasına səbəb olur.

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb

“Bu günlərdə tələbatın kəskin artması fonunda təklifin sabit qalması otel və digər turizm xidmətlərinin qiymətlərinə təsir göstərir.

Bayram ərəfəsində bölgələrə maraq artır. İnsanlar şəhərin səs-küyündən uzaqlaşmaq, təbiət qoynunda istirahət etmək istəyirlər. Lakin regionlarda otellərin sayı məhduddur. Tələb artdıqca, qiymətlərin də yüksəldiyini müşahidə edirik,” – deyə istisadçı ekspert bildirir.

N.Cəfərli vurğulayırb ki, qiymət artımına digər bir təsir edən amil kimi quru sərhədlərin hələ də bağlı qalmasıdır.

“Belə ki, vətəndaşların xarici ölkələrə səfər imkanları məhdudlaşdığından, daxili turizmə maraq daha da artır. Bu da, öz növbəsində bölgələrdə xidmətlərə olan tələbi və qiymətləri yüksəldir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*