Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Konkret.az bildirir ki, Səhiyyə Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, hadisə nəticəsində xəstəxanaya 5 nəfər müraciət edib.
Onlardan 39 yaşlı Pərvanə Babayevanın xəsarətləri ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb.
Digər yaralılar-53 yaşlı Zeynulla Cəbrayılov, 29 yaşlı Elina Sevzixanova, 26 yaşlı Gülmirə Babayeva və 28 yaşlı Mine Qurbanova qapalı kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Hazırda müalicələri davam edir.