Qusarın Ləzə kəndində palçıq vulkanı aktivləşib. Sakinlər Konkret.az-ın şimal bürosunun müxbiri ilə söhbətində bildiriblər ki, kəndin əkin sahələri palçıq axınının altında qalıb. Eləcə də ağaclar və tərəvəz məhsulları quruyub. Qusarın içməli su təchizatı məhdudlaşdırılıb. Qeyd edək ki, palçıq vulkanı Ləzə kəndində 1993-cü ildə qeydə alınıb. Həmin il 3 ev palçıq altında qalmışdı. 2006-cı ildə təkrarlanan palçıq axını sakinlərin şəxsi təsərrüfatına xeyli ziyan vurmuşdu. Bu ilin iyunun 4-də də eyni hal yaşanıb.
Kənd sakinlərinin sözlərinə görə, kənddən təxminən 7-8 km aralıda dağ massivində yerləşən vulkan nəticəsində palçıq qatı kəndə doğru istiqamətlənib. Hadisə barədə Qusar Fövqəladə Hallar Komissiyası məlumatlandırılıb.
Cəlal Fərzəliyev