Qusarda qadın meyiti tapıldı – Onun qətlə yetirildiyi ehtimal olunurbackend

Qusarda qadın meyiti tapıldı - Onun qətlə yetirildiyi ehtimal olunur

Qusar rayonunda gənc qadının yaşadığı evdə ölü tapılıb.

KONKRET.az-ın məlumatına görə, rayon sakini, 1995-ci il təvəllüdlü Ellada Rauf qızı Əlifxanovanın yaşadığı evdə meyiti aşkarlanıb.

İlkin məlumata görə, gənc qadın ailə münaqişəsi zəmnində əri tərəfindən öldürülüb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar Rayon Şöbəsinə yerləşdirilib. Gənc qadının ölümünün dəqiq səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.

Onun ölümündə şübhəli bilinən, əri Zedik Muxtar oğlu Əlifxanov saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*