“Rabitəbank” ASC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunub.
KONKRET.az xəbər verir ki, “Rabitəbank” ASC tərəfindən “Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması məzmunu və təqdim edilməsi Qaydası”nın tələblərinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən “Rabitəbank” ASC-nin vəzifəli şəxsi 2 000 (iki min) manat məbləğində cərimə edilib.
Hesabatlıq forması üzrə pozuntular bankın maliyyə dayanıqlılığına təhdid yaratmır.