Rafiq Abbasov məhkəmələrə qayıdır: bu dəfə…backend

Rafiq Abbasov məhkəmələrə qayıdır: bu dəfə…

5 ay əvvəl təqaüdə göndərilən tanınmış hakim Rafiq Abbasov yenidən məhkəmə salonlarına qayıdır.

KONKRET.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin sabiq hakimi Vəkillər Kollegiyasına üzv qəbul olunub. R.Abbasov and içərək rəsmi olaraq vəkil fəaliyyətinə başlayıb.

Uzun illər məhkəmə sistemində çalışan eks-hakim hüquqşünas olmaqla yanaşı, həm də ali təhsilli jurnalistdir. O, əvvəllər “Kirpi” satirik jurnalı və digər mətbuat orqanlarında fəaliyyət göstərib.

Hakimlik fəaliyyəti dövründə bir sıra rezonans doğuran cinayət işlərinə baxması ilə yadda qalan Rafiq Abbasov MTN generalları Mövlam Şixəliyev və Nizami Şirinov, 143 milyon manatlıq yeyinti işi üzrə mühakimə olunan general Nizami Məmmədov və digər zabitlərin cinayət işini araşdırıb.

O, həmçinin azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryana hökm çıxaran hakimlərdən biri kimi də yadda qalıb.

e3d9405d af6e 4804 96c1 a357eae93035

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*