Rafiq Aslanov yüksək vəzifəyə təyin olundubackend

Rafiq Aslanov yüksək vəzifəyə təyin olundu

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinində yeni təyinat olub.

KONKRET.az-ın məlumatına görə, agentliyin sədri Zaur Mikayılovun əmri ilə Rafiq Aslanov Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyin olunub.

R.Aslanov 1962-ci ildə Füzuli rayonunda anadan olub. O, 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, sonralar Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

1984 – 1993-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bir sıra idarə və şöbələrində müxtəlif vəzifələrdə işləyib.

R.Aslanov 1993-2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb. 2006-cı ildən isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb.

O, Meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

Səmərəli fəaliyyətinə görə 2018-ci ildə “III dərəcəli Əmək ordeni” ilə təltif edilib.

Rafiq Aslanov eyni zamanda Prezident İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.

Ailəlidir, iki övladı var.

  • Reşad
    İyun 27, 2024 - 22:02

    BİZ RAFİQ ASLANOVUN FALİYETİNEN RAZI DÖYÜLÜK CENAB PİREZDENT RAFİQ ASLANOVU NEZARETE GÖTÜRSÜN ONDA HERŞEY MELLUM OLACAQ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*