Polşa çempionatında 3-cü turdan təxirə salınmış 1 matç keçirilib.
KONKRET.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi “Radomyak” “Şlensk”in qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.
Rahil Məmmədov zədəli olduğu üçün bu matçda iştirak etməyib.
Bu nəticədən sonra “Radomyak” 20 xalla 18 komanda arasında 12-ci pillədədir.