Ramiz Mehdiyevin dövründəki qanun pozuntuları…backend

Ramiz Mehdiyevin dövründəki qanun pozuntuları...

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-23-ci illərdəki qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır.

KONKRET.az report-a istinadla xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb:

“Məndə olan məlumata görə, artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət olarsa, bu barədə əlavə məlumat verəcəyik”.

Xatırladaq ki, AMEA ilə bağlı xüsusilə külli miqdarda mənimsəmə faktı üzrə cinayət işinin başlanıldığı 2020-23-cü illərdə akademiyanın prezidenti Ramiz Mehdiyev olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*