Ramiz Mehdiyevin kürəkəninə məxsus TIR-lar ölkədən BURAXILMADIbackend

Ramiz Mehdiyevin kürəkəninə məxsus TIR-lar ölkədən BURAXILMADI

Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus “TURAZ” MMC-yə aid olan 10 TIR meyvə məhsulu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Xaçmaz Regional İdarəsi tərəfindən ölkə ərazisindən ixrac üçün buraxılmayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Şimal xəbərləri” qəzetinin baş redaktoru Müqəddəs Mehdiyev məlumat verib.

Məlumata görə, məhsulların laboratoriya analizləri zamanı onların tərkibində normadan artıq pestisid qalıqları aşkarlanıb.Bu səbəbdən həmin partiyanın ixracına icazə verilməyib və yük geri qaytarılıb.

AQTA-nın müvafiq bölmələri məsələ ilə bağlı araşdırma aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*