Çeçenistan Respublikasının hakimiyyət orqanları çox sürətli və ya yavaş templi musiqilərə qadağa qoyulduğunu açıqlayıb.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, bu barədə respublikanın mədəniyyət naziri Musa Dadayev açıqlama verib.
Onun sözlərinə görə, bu barədə yekun qərar Çeçenistan Respublikasının başçısı Ramzan Kadrovla razılaşdırılıb: “Bundan sonra bütün musiqi, vokal və xoreoqrafik əsərlər dəqiqədə 80-dən 116-dək zərbə tempinə uyğun olmalıdır”.
Bu qərardan sonra pop və texno kimi musiqi üslublarında olan bir çox mahnıların səsləndirilməsi qadağan ediləcək.
Xatirə SADİQ,
KONKRET.az