Ramzan Kadırovun 16 yaşlı oğlu Rusiya Müdafiə Nazirliyinin batalyonuna rəhbərlik edəcəkbackend

Ramzan Kadırovun 16 yaşlı oğlu Rusiya Müdafiə Nazirliyinin batalyonuna rəhbərlik edəcək

Çeçenistanın rəhbəri Ramzan Kadırovun 16 yaşlı oğlu Adam Kadırov Rusiya Müdafiə Nazirliyinin strukturuna daxil olacaq Şeyx Mənsur adına çeçen batalyonunun “kuratoru” olub.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Çeçenistandan olan deputatı Adam Delimxanov məlumat verib.

“Adəm Kadırova mühüm istiqamət həvalə olunub: bundan sonra o, Rusiya Müdafiə Nazirliyinin tərkibindəki ən döyüşə hazır bölmələrdən birinə – Şeyx Mənsur batalyonuna nəzarət edəcək. Əminəm ki, Adam Kadırov ona göstərilən etimadı yüksək səviyyədə doğruldacaq və batalyonun şəxsi heyətinin üzərinə düşən vəzifəni yerinə yetirmək üçün hər şeyi edəcəkdir. Adam Kadırov “Şeyx Mənsur batalyonunun ulduzu” ilə də təltif edilib.

Cənab Delimxanov əlavə edib ki, yeni təyinat Adam Kadırovun mühüm xidmətlərinin təbii nəticəsidir.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında Ramzan Kadırov Çeçenistanda Rusiya Müdafiə Nazirliyinin tərkibində olacaq və Ukraynadakı hərbi əməliyyatlarda iştirak edəcək Şeyx Mənsur adına batalyonun yaradılmasını elan edib. Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov bildirib ki, birləşməyə “Sever” batalyonunun keçmiş komandir müavini Ruslan Geremeyev rəhbərlik edir. Xatırladaq ki, bu həmin Geremeyevdir ki, siyasətçi Boris Nemtsovun qətlində şübhəli bilinir.

Adam Kadırov Çeçenistanda Quranı yandırdığına görə mühakimə olunan 19 yaşlı Nikita Juraveli döydüyü videonu dərc etdikdən sonra geniş tanınıb. Ramzan Kadırov döyüldükdən sonra oğlunu “bütün müsəlmanların qəhrəmanı” adlandırıb. Oktyabrın 7-də Adam Kadırov Çeçenistan Qəhrəmanı adına layiq görülüb. Bundan sonra Adam Kadırov mütəmadi olaraq müxtəlif medallar, adlar və ordenlərlə təltif olunmağa başlanıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*