Rasim Balayev və Şəfiqə Məmmədovanın ittifaqları BİRLƏŞİRbackend

Rasim Balayev və Şəfiqə Məmmədovanın ittifaqları BİRLƏŞİR

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşəcək.

KONKRET.az xəbər verir ki, bu barədə AKİ-nin sədri, Xalq artisti Rasim Balayev məlumat verib.

Onun sözlərinə görə, Xalq artisti Şəfiqə Məmmədovanın rəhbəri olduğu təşkilat birləşmək təklifini dəstəkləyib.

“İki ittifaqın birləşdirilməsinə qərar verildi. Bir qədər əvvəl Nizami kinoteatrında iki ittifaqın nümayəndələri arasında iclas keçirildi. İclasda iştirak edən hər kəs iki qurumun birləşdirilməsinə müsbət reaksiya verdi”, – deyə Rasim Balayev bildirib.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Xalq artisti Rasim Balayev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri isə Xalq artisti Şəfiqə Məmmədovadır.

Bir qədər əvvəl Rasim Balayev rəhbəri olduqları ittifaqların birləşməsi üçün Şəfiqə Məmmədovaya müraciət ünvanlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*