Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür”backend

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür”

Vaxtilə müxalifət cəbhəsinin aktiv simalarından olmuş “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu keçmiş mübarizə yoldaşlarına qarşı sərt ittihamlar səsləndirib, bu şəxslər içində Ramiz Mehdiyevində adı hallanır.

KONKRET.az modern.az-a istinadən xəbər verir ki,  Rauf Arifoğlu Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əliyevə geniş müsahibəsində Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları haqqında xeyli mübahisə doğuracaq məqamlara toxunub.

KONKRET.az müsahibəni təqdim edir:

-Kimdir o adamlar?

– Ramil Usubov və Ramiz Mehdiyevi deyirdi. O zaman bəzi qəzetlər iddia edirdilər ki, mənim onlarla sıx əlaqəm var. Mən də dedim ki, qəzetlərdə yazılanlar yalandır. Özü də gördü ki, çox pis oldum. Tez söhbəti fırlatdı və dedi ki, sən məni düz başa düşmədin. Məni onlarla görüşdür, onları öz tərəfimizə çəkim. Məndə bir sıra arqumentlər var, onları sadalasam, razılaşacaqlar…

-Nə absurd söhbətdir. O hansı arqumentlərdir ki, Ramil Usubov və Ramiz Mehdiyevi hökumətdən, İlham Əliyevdən ayırıb onları Əli Kərimlinin yanına çəkə bilər?

– Bilmirəm, o zaman nələrsə dedi, indi dəqiq ifadə edə bilmərəm. Amma söylədikləri gerçək düşüncəsi deyildi… Bu günə qayıtsaq, bu gün Əli Kərimlinin hakimiyyət orqanları ilə heç bir əməkdaşlığı yoxdur. Belə görünür. Bəlkə hansısa bir cinahın var, ya da keçmişdən kimlərsə var ki, onlardan dəstək alır. Amma onlar da hakimiyyətin qorunması adına yox, başqa niyyətlərlə onunla yaxınlıq edirlər.

-Belə çıxır ki, əvvəl Əli Kərimlini tənqid etdiyiniz şeylərə görə, bu gün özünüz tənqid olunursunuz. İlham Əliyevdən medal almaq məsələsini deyirəm…

– Medal yox, əməkdar jurnalist adını almışam. Buna obyektiv baxsaq, o ad əlbəttə ki, mənim haqqım idi. Subyektiv baxanda isə, bu İlham Əliyevin jesti və fədakarlığı idi. O düşərgədə Rauf Arifoğluna, hakimiyyəti amansız, bəzən haqsız tənqid etmiş; hakimiyyətin yıxılması, getməsi, əvəzlənməsi üçün əlindən gələni etmiş bir adama qarşı belə bir jest, birmənalı qarşılanmadı əlbəttə. Ona görə böyük fədakarlıqdır deyirəm. İçəridəki prosesi sıravi müxalifətçilərin bilməsi mümkün deyil axı, ona görə ağızlarına gələni danışa bilirlər. Siz, ordakı prosesləri təsəvvür edə bilməzsiniz. Mən isə bilirəm. Onun alt qatında hansı fədakarlıq yatır, bilirəm. Ona görə də, təklif gələndə imtina etmədim çünki bu, onun jesti, addımı idi. İsa Qəmbər bu prosesi düzgün ifadə eləmişdi – “şəffaf proses gedir, Rauf Arifoğlu İlham Əliyevlə barışdı”, yaxud tərsinə, İlham Əliyev Rauf Arifoğlu ilə barışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*