“Rayon qeydiyyatındayam deyə avtomobilimi sənədləşdirə bilmirəm” – Şikayətbackend

"Rayon qeydiyyatındayam deyə avtomobilimi sənədləşdirə bilmirəm" - Şikayət

Redaksiyamıza müraciət edən vətəndaş avtomobil qeydiyyatı ilə bağlı problemlə üzləşdiyini deyir. Onun iddiasına görə, rayon qeydiyyatında olduğu üçün onun avtomobilini qeydə almaqdan imtina ediblər. Şikayətçi bildirir ki, Bakıda yaşadığına dair arayış təqdim etsə də, problem hələ də həllini tapmayıb.

Maraqlıdır, qanun bu kimi hallarla bağlı nə deyir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, vətəndaşın daimi yaşayış yeri olmadıqda o, müvəqqəti yaşayış yeri üzrə qeydiyyata alınır.

Həmçinin nəqliyyat vastəsinin qeydiyyatdan keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması, digər qeydiyyat hərəkətləri: onların sahiblərinin – fiziki şəxlərin yaşayış yeri, hüquqi şəxslərin isə yerləşdiyi ərazi üzrə qeydiyyat məntəqələrində aparılır.

Göründüyü kimi, fiziki şəxlər qeydiyyatda olduğu deyil, yaşadığı yer üzrə qeydiyyat məntəqələrinə yaxınlaşmalı və qeydiyyat prosesini həyata keçirməlidirlər.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*