Futbol üzrə Qitələrarası kubokun qalibi bəlli olub.
KONKRET.az xəbər verir ki, həlledici oyunda İspaniyanın “Real Madrid” və Meksikanın “Paçuka” komandaları üz-üz gəlib.
Qətərin paytaxtı Doha şəhərində keçirilən matç Madrid təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Kilian Mbappe, Rodriqo və Vinisius Junior vurublar. Görüşü Venesueladan olan baş hakim Xesus Valensuela idarə edib.
KONKRET.az