“Rəbbimə doğru yolun aydın olsun, ÖLMƏZ GENERALIM!!!”backend

"Rəbbimə doğru yolun aydın olsun, ÖLMƏZ GENERALIM!!!"

Bu gün səni torpağa tapşırırıq. O torpağa ki, uğrunda canını, qanını belə əsirgəmədin, POLAD İRADƏLİ GENERALIM!!!

Çox təəssüflənirəm…

Ona görə yox ki, sən əbədiyyətə qovuşdun. Zatən şəhidlik müqəddəs arzun idi. Və gözəl Allahım səni sevdiyindən şəhadətlə şərəfləndirdi.

Ona görə ki, səninlə eyni şəhərdə yaşasaq da, varlığından xəbərim olmadı, hər gün eyni küçələrdən keçib-getsək də, bircə dəfə də olsun qarşılaşmadıq. Nədən bu qədər yaxın olduğumuz halda, səni bircə dəfə də olsun görmədim, mənim generalım?! Niyə o məğrur duruşunu, qartal baxışını bircə dəfə də olsa, seyr etmək nəsibim olmadı?!

İndi şəkillərinə baxmaqla yox, vüqarlı görkəmini xəyalımda canlandırmaqla təsəlli tapardım. Təəssüf…

Bunu özümə bağışlamayacam.

Sən Vətən qarşısında öz borcunu verdin. Azərbaycan əsgərinə bir daha “irəli” əmri verə bilməyəcəksən, doğrudur! Amma bizə əsl Vətən sevdalısı nümunəsi göstərdin. Bir də özün kimi neçə-neçə cəngavər yetişdirdin. Hansı ki, biz onların da çoxunu yaxından tanımırıq. Amma tanımasaq da, inanırıq ki, onlar sənin və şəhidlərimizin qisasını mütləq alacaqlar!!!

Ruhuna təzim edirik!!!

Rəbbimə doğru yolun aydın olsun, ÖLMƏZ GENERALIM!!!

Sevinc PAŞAYEVA,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*