“Rəfah sərhəd keçid məntəqəsi qısa müddət ərzində açılacaq” – Blinkenbackend

“Rəfah sərhəd keçid məntəqəsi qısa müddət ərzində açılacaq” - Blinken

Misir və Qəzza zolağı arasındakı Rəfah sərhəd keçid məntəqəsi humanitar yardım üçün yenidən açılacaq.

KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdən sonra deyib.

“Rəfah yenidən açılacaq. Biz BMT, Misir, İsrail və digər ölkələrlə ehtiyacı olan insanlara yardım etmək üçün mexanizm yaradırıq”, – Blinken bildirib.

ABŞ mediası bildirib ki, keçid bazar ertəsi səhər saat 9-da bir neçə saat ərzində açılacaq. Artıq humanitar yardım daşıyan karvanlar içəri girmək üçün növbəyə durur.

Bəzi xarici vətəndaşların da keçiddən təxliyyə ediləcəyi bildirilir.

Qeyd edək ki, Qəzza zolağı ilə Misir arasındakı Rəfah keçidi anklavı tərk edən insanlar üçün qalan yeganə məntəqədir.

Ariz Həsənonğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*