Regionlarda ipoteka ilə ev almaq istəyənlərin NƏZƏRİNƏbackend

Regionlarda ipoteka ilə ev almaq istəyənlərin NƏZƏRİNƏ

İpoteka Kredit və Zəmanət Fondu (İKZF) regionlarda ailə xərclərinin hesablanması qaydasını dəyişməyi nəzərdə tutur. Bununla bölgələrdə ipoteka kreditləşməsinə çıxış asanlaşdırılacaq.

KONKRET.az xəbər verir ki, bunu İKZF-nin baş direktoru İlham Kələşov ATV kanalında yayımlanan “İqtisadi zona” verilişində deyib.

Onun sözlərinə görə, regionlarda verilmiş ipoteka kreditlərin həcminin artırılması Fond üçün prioritet istiqamətdir:

“Bu istiqamətdə əhalinin ailə xərclərinin hesablanmasında dəyişiklik ediləcək. Bu, ipoteka kreditləşməsinə çıxışın asanlaşdırılmasına səbəb olacaq. Hazırda Bakı şəhərində ailə xərclərinin hesablanması minimum əməkhaqqına nəzərən hesablanlırsa, regionlarda bu göstərici 50% həcmi nəzərə alınaraq tətbiq edilir.

Belə olduqda, regionlarda yaşayan əhali daha aşağı gəlirlə ipoteka kreditlərinə çıxış əldə edirlər. Təbii ki, regionlarla Bakı arasında müqayisə aparsaq, bu, daşınmaz əmlak bazarındakı qiymətlərlə də bağlıdır. Əgər bu il Bakıda ipoteka kreditləri üzrə orta ödəniş məbləği 590 manatdırsa, regionlarda bu göstərici 362 manat təşkil edir”.

Hazırda regionlara verilən ipoteka krediti Fondun portfelinin 22%-ni təşkil edir”, – deyə o qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin iclasında bildirmişdi ki, regionlarda əməkhaqqı Bakı ilə eyni deyil. Ona görə də ipotekada dəyişiklik edlməlidir ki, gənclər regionlarda ev ala bilsinlər. //Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*