İran hakimiyyətinin qonşu ölkələrlə əlaqələri genişləndirməkdə məhdudiyyəti yoxdur.
KONKRET.az xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi Özbəkistan Prezidenti Şövkət Mirziyoyevlə görüşündə bildirib.
“İran və Özbəkistan arasında əməkdaşlığın genişləndirilməsi və razılaşmaların həyata keçirilməsi üçün yol xəritəsi hazırlamaq lazımdır”, – o deyib.
Qeyd edək ki, Şövkət Mirziyoyev Tehranda səfərdədir.