“Rəisinin helikopterinin təxribat nəticəsində qəzaya uğraması iddiaları əsassızdır” – Baş Qərargahbackend

"Rəisinin helikopterinin təxribat nəticəsində qəzaya uğraması iddiaları əsassızdır" - Baş Qərargah

“Mərhum Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğramasına yalnız mürəkkəb hava şəraiti və regionun coğrafi şəraiti səbəb olub”.

KONKRET.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının Kommunikasiya Mərkəzinin bəyanatında bildirilib.

“Heç bir sübut texniki nasazlıq, təxribat, sui-qəsd, partlayış və ya elektron müdaxilə kimi müxtəlif fərziyyələri dəstəkləmir”, – bəyanatda qeyd edilib.

Xatırladaq ki, ötən ilin mayın 19-da İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin Şərqi Azərbaycan vilayətinin Vərzqan rayonunda qəzaya uğraması nəticəsində 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*