Sumqayıt məktəbliləri 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında ingilis dili fənnindən rekord nəticə göstərib. Şəhərdə fəaliyyət göstərən “EPİ Academy” təhsil mərkəzində hazırlıq keçən abituriyentlərdən 33 nəfəri yüz faiz bal toplayaraq ölkə üzrə üstünlük qazanıb.
KONKRET.az xəbər verir ki, təhsil mərkəzi bu münasibətlə “Caspian events” şirkəti tərəfindən xüsusi mükafata layiq görülüb.
Çoxillik məhsuldar və səmərəli fəaliyyəti nəzərə alınaraq, “EPİ Academy”nin təsisçisi Ramal İsmayılov “İngilis dili mütəxəssisi” nominasiyasında “gecənin ulduzları” sırasında yer alıb.
Bu, ingilis dili nəticələrinə görə bir neçə ildir ölkə üzrə rekorda imza atan “EPİ Academy”nin qazandığı ikinci mükafatdır.
Qeyd edək ki, dördillik fəaliyyəti dövründə təhsil sahəsində göstəricilərinə görə seçilən mərkəzdə Dövlət İmtahan Mərkəzi (DİM), xaricdə təhsil üçün ingilis dili üzrə hazırlıqlar, habelə beynəlxalq imtahan sistemi olan IELTS hazırlıqları həyata keçirilir.
Bu günədək kursun xeyli sayda tələbəsi İELTS üzrə maksimal 9 baldan ortalama 7.5 nəticə göstərib.
Mərkəzdə bu ildən etibarən buraxılış imtahanları üzrə 3 fəndən (Azərbaycan dili, ingilis dili və riyaziyyat) hazırlıqlar da uğurla həyata keçirilir.
Heqiqeten de bu muellim is prinsipine,diqqetine,savadlandirma ve diger musbet keyfiyyetlerine gore seçilir👍👍👍Yaxsiki ölkemizde bucur deyerli insanlar var👍