Repetitorlar aylıq dərs ödənişlərini niyə endirmədilər?!backend

Repetitorlar aylıq dərs ödənişlərini niyə endirmədilər?!

“COVİD -19 virusunun ölkəni yaxaladığı bir zamanda fərdi repetitor dərsləri keçən müəllimlərin şagirdlərə və onların gəlir yerlərindən demək olar ki məhrum olmuş valideynlərinə qarşı güzəştsiz münasibəti anlaşılmazdı və ikrah doğurur”.

KONKRET.az facebook sosial şəbəkəsində fikirlərini paylaşmış bir valideyin, bir jurnalist mövqeyini təqdim edirik.

Teymur Mahmudov

“Məlum olduğu kimi, ölkədə yardımsevərlik, güzəşt ab-havası yaşanır. Hərə bir işin qulpundan yapışıb ki, insanlara öz faydasını verə bilsin. Fərdi şagird hazırlığı ilə məşğul olan müəllimlər bir Azərbaycan ziyalısı kimi də bu işdə öz töhvələrini verə bilərdilər. Onların əlinə belə bir gözəl fürsət düşmüşdü ki, pulsuz və ya simvolik qiymətlərə onlayn şəkildə dərslərini davam elətdirsinlər. Və ya heç olmazsa, keçdikləri dərsə görə 50 faiz ödəniş tələb eləsinlər.

Repetitor dərsi keçən müəllimlər isə keçdikləri yarıtmaz onlayn dərslərə görə, valideynlərdən pulu yüz faiz tələb edirlər. Necə deyərlər, valideynləri pis yerdə yaxalayıblar. Bilirlər ki, dərs ilinin bitməsinə az qalmış valideynlər əlacsızlıqdan onlar istədikləri vəsaiti ödəməyə məcbur olacaqlar. Əks halda müəllim dərs keçməkdən imtina edəcək və valideyn koronavirusun tüğyan elədiyi günlərdə yeni müəllim axtarışlarından məhrum olacaq. Müəllimləri belə bir insafsız addımı atmağa vadar edən nədi?!

 

 

Axı onlar ziyalıdı.

Axı onlar vətəndaşdı.

Axı onlar da insandı.

Və bəziləri də elə düşünürlər ki, guya koronavirusla əlaqədar olaraq qiymətləri endirsələr bu onların reytinqinə təsir göstərəcək.

Bəs onların belə düşünməsinə və qiymətlərdə güzəşt etməməsinə əsas varmı?!

Birmənalı demək lazımdır ki, XEYR .

Əvvəla, onlayn dərslərin effekti ilə canlı dərsin aparılması arasında ölçüyəgəlməz keyfiyyət fərqləri var. Bəzən işıqlar sönür, bəzən internet zəif olur, bəzən gözdən zəif abituriyentlər var ki, müəllimin yazdıqlarını lövhədə aydın görə bilmirlər.

Müəllimin canlı şəkildə qarşısında əyləşmək uşağı daha məsuliyyətli olmağa səfərbər edir .

Odur ki, bütün bunları nəzərə alaraq REPETİTOR MÜƏLLİMLƏRİ İNSAFLI olmağa dəvət edirəm!

İnsanların pis yerdə axşamlamasından sui-istifadə etməsinlər”.- deyə müəllif paylaşıb.

Qeyd edək ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də onlayn dərslərin böyük əksəriyyəti ödənişli ZOOM proqramı üzərindən aparılır. Bir çox müəllimlər isə hətta bu proqrama cüzi ödəniş etməyərək proqramın pulsiz istifadə hüququ verdiyi variantdan bəhrələnməyə çalışırlar ki, bu da 10 dəqiqəlik istifadə hüququ verir. Bu isə artıq 2 saatlıq bir dərs müddətində 12 dəfə proqramdan ayrılma və yenidən qoşulma deməkdir.

NOCOMMENT.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*