“Rəqəmsal sui-qəsd” riski nədir? – Ekspertdən açıqlamabackend

“Rəqəmsal sui-qəsd” riski nədir? - Ekspertdən açıqlama

“Artıq elektron cihazlar və rəqəmsal mühitlər də müharibələrin əsas komponentlərinə çevrilmişdir. Bu yeni dövrdə “Elektron Müharibə” və “Rəqəmsal Sui-qəsdlər” kimi anlayışları ön plana çıxmaqdadır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycan İnformasiya, Rabitə və Texnologiyalar Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov deyib.

O bildirib ki, üzərimizdə daşıdığımız və ya sabit istifadə etdiyimiz elektron cihazlar artdıqca və məlumatlarımız rəqəmsal mühitdə keçdikcə “rəqəmsal sui-qəsd” riski ilə üzləşmə təhlükəsi də artır:

“Ötən həftə Livanda bir neçə rabitə cihazının, o cümlədən peycerlərin partlaması nəticəsində çox sayda insan həyatını itirdi. Bundan əlavə, bir çox ölkədə, o cümlədən ABŞ-də, komunal (Su, Elektrik, Qaz) və strateji qurumların avtomatlaşdırma (SCADA) sistemlərinə kiber müdaxilələr edilərək, mülki vətəndaşlar kütləvi şəkildə hədəfə alınır. Rəqəmsal dövrdə bu cür hadisələrə “elektron müharibə” deyə bilərik. Üzərimizdə daşıdığımız və ya sabit istifadə etdiyimiz elektron cihazlar artdıqca və məlumatlarımız rəqəmsal mühitdə keçdikcə “rəqəmsal sui-qəsd” riski ilə üzləşmə təhlükəsi də artır.

Rəqəmsal dövrün ən böyük təhlükələrindən biri də “Elektron Müharibə Texnikaları və Rəqəmsal Sui-qəsdlər”dir. Kiber sənaye bu sahədə yeni bir mərhələ açaraq, rəqəmsal sui-qəsd anlayışını daha da dərinləşdirir. “Elektron Müharibə” və “Rəqəmsal Sui-qəsdlər” müasir və ya hibrid müharibələrinin ən kritik komponentlərindən biridir və bu sahədəki inkişaflar gələcək münaqişələrin və müharibələrin gedişatını müəyyən edəcəkdir.

Livanda baş verən rəqəmsal sui-qəsdlər göstərdi ki, kiber müharibələrdə elektron cihazlara kiber müdaxilə ilə mülki insanlar kütləvi şəkildə hədəfə çevrilə bilər. Bu cür sui-qəsdlərdə istifadə etdiyimiz elektron cihazlar və onların daxilindəki partlayıcı maddələrdən istifadə edilə bilər.

Düşünürəm ki, inkişaf etmiş ölkələr rəqəmsal sui-qəsdlərdən müdafiə strategiyası formalaşdırmağa başlamışdır. Biz bilirik ki, artıq bir necə ölkədə “Kiber ordu” formalaşır. Hesab edirəm ki, rəqəmsal transformasiyadan öncə güclü kiber müdafiə hazırlığı olmalıdır”.

Aygün,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*