“Rəqiblərimiz Ağ Evdə zəiflik görür” – Nümayəndələr Palatasının spikeribackend

Rəqiblərimiz Ağ Evdə zəiflik görür" - Nümayəndələr Palatasının spikeri

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson administrasiya üzvlərini prezident Co Baydeni istefaya göndərməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Mayk Conson bunun üçün Konstitusiyaya 25-ci Düzəlişdən istifadə etmək lazım olduğunu bildirib. Burada dövlət başçısının fəaliyyət qabiliyyəti olmayan halları tənzimlənir.

“Rəqiblərimiz Ağ Evdə zəiflik görürlər.  Hesab edirəm ki, vəziyyət çox təhlükəlidir”, – Nümayəndələr Palatasının sədri vurğulayıb.

ABŞ-da prezident seçkiləri noyabrda keçiriləcək. Donald Tramp və Co Bayden bu vəzifəyə əsas namizədlər hesab edilir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*