Ekstrasens Natavan Qarayeva həbsdə olan meyxanaçı Rəşad Dağlı tezliklə ev dustaqlığına çıxacağını bildirib.
KONKRET.az yenisabah-a istinadla xəbər verir ki,o, proqnozunu belə əsaslandırıb:
“Məndən çox adam bu haqda məlumat istəyir. Meyxanaçı 2026-cı ilin payız aylarına qədər azadlığa çıxacaq, amma ev dustaqlığına. 2-3 il əziyyət çəkəcək. Həm maddi, həm də mənəvi. Ev dustaqlığına olsa da, sərbəst yaşaya bilməyəcək. Səhnəyə çıxması, məclislərdə iştirak etməsi bir müddət ona çətinlik yaradacaq”.
Xatırladaq ki, görücü bir müddət öncə Rəqsanə İsmayılovanın da Yeni ilə qədər azadlığa çıxacağını bildirmişdi.
