backend

Rəsmi İrəvan: "Abidəni sökməyəcəyik"

“İrəvan hakimiyyəti “Nemezis” abidəsini sökmək niyyətində deyil”.

KONKRET.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidmətinə İrəvan meriyasından məlumat verilib.

Meriya Türkiyə Ermənistan üçün hava məkanını bağlayandan sonra İrəvanın abidəni sökməyə hazır olub-olmaması bağlı suala cavb verib.

“İrəvan hakimiyyəti Nemesis abidəsini sökmək niyyətində deyil”, – deyə meriya bildirib.

Xatırladaq ki, rəsmi Ankara və Bakı İrəvanda Nemesis abidəsinin qoyulmasını pisləyib. Türkiyə buna cavab olaraq öz hava məkanını üçüncü ölkələrə uçan Ermənistan aviaşirkətlərinin təyyarələri üçün bağlayıb. Dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, “abidə sökülməzsə, müvafiq addımlar atılacaq”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*