Ermənistanın Lori rayonun Dseğ kəndində restoran yanaraq külə dönüb.
KONKRET.az xəbər verir ki, bu gecə saat 00:55 radələrində yanğınla bağlı Lori rayon xilasetmə hissəsinin Böhran İdarəetmə Mərkəzinə məlumat verilib.
Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Yanğın saat 04:10-da söndürülüb. Restoranın 600 kvadratmetrlik sahəsi yamamilə yanıb.
Natiq Səlim,
KONKRET.az