backend

Rəsul Quliyev: “Araxçıyan dedi ki, bu torpaqlar...”

“Birincisi, Azərbaycanın işğal olunmuş kənd və şəhərlərinin darmadağın edilməsi və bu vəhşiliyi xarici jurnalist və siyasətçilərin Xirosima və Naqasakinin ilə müqayisə etməsi barədə səsləndirilən fikirlərə münasibət bildirməsi oldu. Prezident “bu dağıntılar vizual Xirosimaya oxşayır, mahiyyətcə tam fərqlidir. Əlbətdə Xirosima müharibə gedən dövrdə, həm Yapon, həm də ABŞ əskərlərinin məhv edilməsinin qarşısını almaq üçün atom bombasından istifadə edilib. Azərbaycan kənd və şəhərləri isə 1998-ci ildən yəni işğaldan 3 il sonra dağıdılmağa başlanıb!” söyləməsi tamamilə düzgün və hər kəsin başa düşəcəyi izahat idi”.

KONKRET.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyev qeyd edib ki, 1994-1996-cı ilə qədər Ermənistan parlamentinin sədri Araxçıyanla görüşüb, Ter-Petrosyanla telefonla danışıb: “Əminliklə Azərbaycan torpaqlarının onların olması iddiasında deyildilər və Dağlıq Qarabağ  barədə müəyyən bir status qəbul ediləndən sonra torpaqların qaytarılacağına əmin idilər. Mənin Araxçıyanla (Ermənistan parlamentinin rəhbəri) görüşümdən sonra mətbuat konfras oldu, Araxçıyan bu torpaqların Azərbaycan torpaqları olduğunu qeyd etdi. Prezident Əliyevin ikinci tezisi “İşğal olunmuş ərazilərimizi Köçəryan və Sərkisyan xarabalığa çevirib, Paşinyan yox” deməsidir. 100 faiz həqiqətdir. Prezidentin çıxışını ermənilər qiymətləndirməyi bacarmalıdırlar. Onun obyektivliyinin gələcək Azərbaycan Ermənistan əlaqələrində həll edici rol oynayacağını başa düşməlidirlər”. (pravda.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*