backend

"Reuters": "Livan erməniləri üzləşdikləri sıxıntıdan ölmək istəyirlər" - Dağlıq Qarabağa bu məqsədlə gəlirlər

Heç kimdə şübhə doğurmur ki, işğalçı Ermənistan silahlı qüvvələrinin sıralarında kifayət qədər muzdlular da yer alıb. PKK terrorçularını da sıralarına cəlb edən düşmən, Livandan olan erməniləri də Dağlıq Qarabağa gətirir.

KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, Livandan olan ermənilərin döyüşə qatılmasının əsas səbəbi Livanda üzləşdikləri maliyyə sıxıntılarıdır. “Onların da ağlına gəlməzdi ki, nə vaxtsa maliyyə sıxıntısına görə belə bir addım atarlar”, – deyə agentliyin yazısında bildirilir.

Qeyd olunur ki, Livanda 140 min erməni yaşayır. Təlim düşərgələrindən yalnız birində 10-a yaxın Livan ermənisi hazırlıq keçib.

Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, xarici ölkələrdəki erməni diasporunun bəzi üzvləri də Dağlıq Qarabağdakı müharibədə iştirak etmək üçün geri qayıdır. Bildirilir ki, ABŞArgentinadan yüzlərlə insan artıq hərbi hazırlıq keçmək üçün Ermənistana gəlib.

Livan parlamentinin deputatı, “Daşnaksutyun”un Livandakı lideri Akop Pakradunyan da bildirib ki, 20-dək erməni Ermənistana gedib.

Qeyd edək ki, ermənilərin yaşadığı Ancar şəhərindən müharibəyə gələn muzdlulardan biri – opera müğənnisi Kevork Xacyanan məhv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*