Rezidenturaya qəbul imtahanının vaxtı AÇIQLANDIbackend

Rezidenturaya qəbul imtahanının vaxtı AÇIQLANDI

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi avqust ayının 5-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

KONKRET.az xəbər verir ki, namizədlər imtahanda iştirak etmək üçün aşağıdakı sənədləri mütləq gətirməlidirlər:

– imtahan gününə müvafiq olan “Namizədin imtahana buraxılış vərəqəsi”ni;

– “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni;

– şəxsiyyəti təsdiq edən sənədin əslini.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

“İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” imtahan günündən 3 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” namizədin özü tərəfindən imzalanır. Bəyannamə zal nəzarətçisinə təhvil verildiyi üçün ayrıca vərəqdə çap olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*