“Britaniya-Çin münasibətlərinin qızıl dövrü başa çatıb”.
KONKRET.az xarici mediaya istinadənə xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.
Onun sözlərinə görə, artmaqda davam edən Çin avtoritarizmi London və Pekin arasında yaxşı münasibətlərə son qoyub, Qərb dəyərlərinə və maraqlarına birbaşa təhlükə yaradır.
Sunak bildirib ki, Çinin iqtisadi və siyasi gücü ilə hesablaşmaq lazımdır.
O, Qərbdəki bir çoxları kimi, onların modelinin ən yaxşısı olduğuna və bütün dünyada tətbiq edilməli olduğuna inanmaqda davam edir.
Baş nazir Çin hökumətinə və digər oxşar avtoritar rejimlərə diplomatik təsir siyasəti aparacağını bəyan edib.
İqbal Rzayev,
KONKRET.az