Robert Sekuta: “Azərbaycanda şəhərlər, qəsəbələr yer üzündən silinib”backend

Robert Sekuta: "Azərbaycanda şəhərlər, qəsəbələr yer üzündən silinib"

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri: ”

Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başlayan gündən beynəlxalq güclər hadisələri diqqət mərkəzində saxlayıb. Münaqişə 1992-ci ilin əvvəlində daha da alovlanmağa başlayandan bəri Ermənistanın işğalçılıq əməllərinə göz yumulub və nəticədə Azərbaycanın 20% ərazisi işğal olunmaqla yanaşı, bir milyona yaxın vətəndaşı da qaçqın düşüb. Münaqişəni tənzimləmək üçün yaradılan ATƏT-in Minsk qrupu da hadisələrə seyrçi qalıb və həmsədrliyi dövründə ciddi iş ortaya qoya bilməyib.

KONKRET.az xəbər verir ki, vaxtilə ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışan Robert Sekuta “CBC” telekanalına müsahibəsində bildirib ki, onun ölkəsi regionda ədalətli sülhün bərqərar olması üçün daim səylər göstərib:

“Mən hələ səfir olarkən bu məsələləri diqqətdə saxlayırdım. Dünyada hər kəsə bəlli idi ki, bir milyona qədər azərbaycanlı Qarabağ və Ermənistan ərazisindəki öz ata-baba yurdunu tərk edib. Bunlar bütün zamanlarda Azərbaycan siyasətində hərəkətverici faktor rolunu oynayıb. Bizim həmsədrlərdən bir neçəsi Azərbaycana səfərləri zamanı həmin insanlarla görüşməyə müvəffəq olub. Vaşinqton həmişə ədalətli sülhün bərqərar olmasının tərəfdarıdır. Bu məsələləri həll etmək lazımdır. Sülh müqaviləsi vacib sənəddir. Bunların kim tərəfindən həll edilməsi sənədin özündən də vacibdir. Mənə elə gəlir ki, bu, gündəmin əsas məsələsi olacaq. Ötən həftə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin başçısı Samanta Pauler Ermənistanda və Azərbaycanda olub. Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb. Mənə elə gəlir ki, 2020-ci ildən sonra biz bir məsələni dəqiqləşdirdik ki, dağıdılan ərazini bərpa etmək üçün illərlə vaxt lazımdır. 90-cı illərdə baş verən dəhşətli hadisələrdən sonra şəhərlər, qəsəbələr yer üzündən silinib. Bunları bərpa etmək çox çətin prosesdir və xeyli vaxt aparacaq. İrəli addım atmaq üçün hər iki tərəfdən qətiyyət tələb olunur”.

Vəli Həsənov,

KONKRET. az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*