Roberto Mançini Səudiyyə Ərəbistanı millisini çalışdırmaqdan peşman olduğunu bildiribbackend

Roberto Mançini Səudiyyə Ərəbistanı millisini çalışdırmaqdan peşman olduğunu bildirib

İtaliyalı mütəxəssis Roberto Mançini İtaliya millisinin baş məşqçisi vəzifəsini tərk edərək Səudiyyə Ərəbistanı millisi ilə işləməkdən təəssüfləndiyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Qazzeta della sport” məlumat yayıb: “Bir daha belə qərar verməzdim. Getməyimin səbəbi İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina ilə münasibətlərimin pozulması idi. Biz sadəcə bir-birimizi başa düşmədik. Daha çox danışsaydıq, bəlkə də hər şey başqa cür alınardı, amma mənim prezidentə qarşı heç bir qərəzim  yoxdur”. İtaliya millisini tərk edərək ölkəni niyə  pula satdın? sualına, Mançini belə cavab verib: “Mənim haqqımda məlumatı olmayanlar geri qayıdıb hər şeyə yenidən baxıb danışa bilərlər”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*