Robot işçiyə hücum edərək onu yaraladıbackend

Robot işçiyə hücum edərək onu yaraladı

Texasdakı Tesla zavodunda robot mühəndisə hücum edərək pəncələrini ona batırıb.

KONKRET.az xəbər verir ki, alüminium avtomobil hissələrini daşımaq üçün istifadə edilən maşın metal caynaqlarını işçinin kürəyinə və qoluna sancıb.

“The Daily Mail” qəzeti bu barədə şirkətin iş zamanı xəsarət alan işçilərinin maraqlarını müdafiə edən vəkil Hanna Aleksandra istinadən məlumat yayıb. Hadisə şahidlərinin sözlərinə görə, mühəndis həmin an söndürülən iki robotun işini proqramlaşdırırmış. Yaxınlıqdakı işçi təcili dayandırma düyməsini basaraq onu xilas edib. Nəticədə zərərçəkmiş qolundan yaralanıb.

Vəkilin sözlərinə görə, bu, istehsalat xəsarətləri ilə bağlı ilk belə hal deyil. Aleksandr hesab edir ki, şirkət vergi güzəştləri almaq üçün insidentlərin sayını azaldır. Xüsusilə, zavodun tikintisi zamanı işçilərdən biri istidən ölüb, bir çoxları isə rəsmi hesabatlarda qeyd olunmayan xəsarətlər alıb.

Burhan,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*