Roqozin Moskvadakı atəşfəşanlığa görə Kremli AŞAĞILADI – VİDEObackend

Roqozin Moskvadakı atəşfəşanlığa görə Kremli AŞAĞILADI - VİDEO

Roqozin Rusiya hakimiyyətini tənqid edib.

KONKRET.az xəbər verir ki, “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin hakimiyyəti 9 May Qələbə Günü şərəfinə Moskvada təşkil olunan atəşfəşanlığa görə tənqid edib.

Onun fikrincə, “Moskvalı həmkarlar” keçmiş qələbələrin şərəfinə atəşfəşanlıq etməməli, diqqəti indiki müharibənin problemlərinə yönəltməli idilər.

“Dünən deyirlər, Moskvada atəşfəşanlıq olub. Necə, Baxmutu alıblar, yoxsa Donbası azad ediblər? Kiyev təslim olub?

Belə çıxır ki, bu, SSRİ-nin keçmiş qələbələrinin şərəfinədir.

Mənə elə gəlir ki, Moskvadakı həmkarlar diqqəti indiki müharibənin və cəbhəmizin problemlərinə yönəltməlidirlər. Və bu problemlər çox böyükdür”, – deyə Roqozin bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*