“Roskosmos”un keçmiş baş direktoru Dmitri Roqozinin əməliyyatdan sonra ilk fotosu yayılıb.
KONKRET.az xəbər verir ki, o, “VKontakte” səhifəsində ilk fotonu yerləşdirib.
“Sona qədər getməyə hazır olan həmişə qalib gəlir. Gününüz xeyirli və uğurlu keçsin!”, – o yazıb.
Xatırladaq ki, Roqozin dekabrın 21-i axşam saatlarında Donetskdə yaralanıb. Onun yaralandığı “Şeş-Beş” hoteli Ukrayna ordusu tətəfindən “Sezar” özüyeriyən artilleriya qurğusu ilə atəşə tutulub.
İqbal Rzayev,
KONKRET.az