Donetskdə yaralanan Dmitri Roqozin ölə bilər.
KONKRET.az TASS-a istinadla xəbər verir ki, Roskosmosun keçmiş rəhbəri Moskvaya aparılacaq. Çünki Donetsk və Rostov-na-Donudakı həkimlər mürəkkəbliyə görə əməliyyat keçirməyə cəsarət etməyiblər. Paytaxtda gələcək tibbi yardımla bağlı məsləhətləşmələr aparılacaq.
“Təəssüf ki, Dmitri Roqozinin yaraları ilk baxışda göründüyündən daha ağırdır. Nə Donetskdə, nə də Rostov-na-Donuda həkimlər Roskosmosun yaralı keçmiş rəhbərinə kömək edə bilməyiblər. Onu Moskvaya aparmaq qərarına gəliblər, orada Sarmatın gələcək taleyini həll etmək üçün bütün həkimlər şurasını toplayacaqlar.
Hər şey çox çətindir. Dmitrinin həyat yoldaşı Tatyananın ağır kontuziya alıb”, – dedi Oleq Tsaryov teleqram kanalda bildirib.
Xuraman Etibarlı,
KONKRET.az