“Rosneft” neft-qaz şirkətinin rəhbərinin yeganə oğlu vəfat etdibackend

“Rosneft” neft-qaz şirkətinin rəhbərinin yeganə oğlu vəfat etdi

Rusiyanın “Rosneft” neft-qaz şirkətinin rəhbəri İqor Seçinin yeganə oğlu İvan 35 yaşında vəfat edib.

KONKRET.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “YUKOS” şirkətinin sabiq vitse-prezidenti Leonid Nevzlin məlumat verib. O, bununla bağlı vərəsəlik işlərinin reyestrinə istinad edib.

Reyestrdən verilən məlumata görə, İvan Seçin fevralın 5-də dünyasını dəyişib. Onun ölümü barədə ictimaiyyətə məlumat verilməyib. Rusiyalı jurnlistlər qeyd ediblər ki, söhbət  1989-cu il təvəllüdlü, Moskvanın İsveç dalanı, 3 ünvanında yaşayan İvan İqoreviç Seçindən gedir. Jurnalistlər həmin binanı “Putinin məsləkdaşlarının evi” adlandırırlar.

2014-cü ilin martından “Rosneft”də işləyən İvan Seçin Moskva Dövlət Universitetinin iqtisaiyyat fakültəsinin məzunu olub.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*