Rostovda nəhəng zavod yanır –  YENİLƏNİB – VİDEObackend

Rostovda nəhəng zavod yanır - YENİLƏNİB - VİDEO

Rusiyanın Rostov şəhərində yerləşən “Rostselmaş” müəssisəsində yanğın baş verib.

KONKRET.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin şəhər administrasiyasının mətbuat xidməti bildirir ki, Menjinski küçəsində yerləşən müəssisədə 80 kvadratmetr sahədə təkərlər yanıb. İlkin məlumata görə, ölən olmayıb. İdarənin əməkdaşları yanğının lokallaşdırıldığını bildiriblər.

Yanğının səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, “Rostselmaş” Rusiyada kənd təsərrüfatı texnikasının ən iri istehsalçısıdır.

***

14:45

Rostovda nəhəng “Rostselmaş” zavodu yanır.

KONKRET.az xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.

Qeyd edək ki, “Rostselmaş” Rusiyanın kənd təsərrüfatı texnikaları istehsan edən ən böyük zavodudur.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*